Təhlükə böyüyür: Süni intellekt uşaqla bağlı elə bir sual verdi ki...
22 Sep 2026, 11:38
2 baxış
Admin
ABŞ-də bir ana süni intellekt sisteminin qızları barədə internetdəki müxtəlif məlumatları bir araya gətirdiyini aşkar edib.
“Bakupost” xəbər verir ki, Kaylie Robins qızları ilə avtomobildə mahnı oxuduğu videonu "Instagram"da paylaşıb. Daha sonra "Meta"nın süni intellekt sistemi videodakı uşaqlardan biri ilə bağlı əlavə sual təklif edib.
Robins həmin suala kliklədikdən sonra sistem qızlarının adlarını, doğum məlumatlarını və illər əvvəl paylaşılmış fotoşəkillərini müəyyənləşdirib. Hətta ailənin əvvəllər paylaşdığı və sonradan silinən bəzi fotoların da sistem tərəfindən tapıldığı bildirilib.
Süni intellekt həmçinin Robinsin harada yaşadığını müəyyənləşdirməyə çalışıb.
Hadisədən sonra “Meta”ya müraciət edilib. Şirkət uşaqlarla bağlı belə sualların istifadəçiyə təklif edilməməli olduğunu və problemin aradan qaldırılması üçün tədbir görüldüyünü açıqlayıb.
Xanım Səbuhi
Mənbə:
bakupost.az