Sumqayıtda faciəvi hadisə: azyaşlını avtobus vurdu
18 Sep 2026, 22:18
1 baxış
Admin
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.
"Bakupost" Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az