Digər

Artıq çəki hormonlardan yaranır? – Endokrinoloqdan maraqlı açıqlama

18 Sep 2026, 21:00 2 baxış Admin
Artıq çəki hormonlardan yaranır? – Endokrinoloqdan maraqlı açıqlama

Artıq çəki və arıqlama ilə bağlı cəmiyyətdə hormonal problemlərlə əlaqələndirilən çoxsaylı fikirlər yayılıb. Bəs artıq çəki həqiqətən nə qədər hallarda endokrin xəstəliklərlə bağlı olur?

News24.az-a müsahibə verən cərrah-endokrinoloq Sadiq Bəbirov bu məsələyə aydınlıq gətirib.

Həkimin sözlərinə görə, artıq çəkinin səbəblərindən biri endokrin sistemdə baş verən pozuntular ola bilər, lakin artıq çəkili insanların böyük əksəriyyətində problemin səbəbi hormonal xəstəlik deyil.

“Məsələn, artıq çəkisi olan 10 insan varsa, bəlkə də onların birində endokrin problemlər var, digər 9 nəfərdə isə artıq çəkinin səbəbi başqadır”, - deyə S.Bəbirov bildirib.

O qeyd edib ki, qəbul edilən və sərf olunan kalorilər arasındakı balans da çəkinin formalaşmasında mühüm rol oynayır.

Həkim uşaqlarda və yeniyetmələrdə sürətli çəki artımı və ya həddindən artıq arıqlamanın diqqətdən kənarda qalmamasını tövsiyə edib.

“Biz hamımız ana tərbiyəsi də, ata tərbiyəsi də almışıq. Evdə görmüşük ki, ana yemək bişirir, biz də yeyirik. Bu gün restoranlar necə doludur. Uşaqlar fast-food, çöldə McDonald's və digər bu kimi qidalarla qidalanırlar. Hamısı süni qidalarla qidalanır. Burada yenə də günahı mən qadınlarda görürəm. Tənbəlləşmə var. Qadınlar öz övladlarına ikinci dərəcəli baxırlar. Halbuki hər bir yemək evdə bişməlidir. Süni qidalardan uzaq olmaq lazımdır. Çipsilər, konservləşdirilmiş qidalar və digər bu kimi məhsullardan mümkün qədər uzaq durulmalıdır. Təbii qidalara daha çox üstünlük verilməlidir. Uşaqlar idmanla məşğul olmalıdır, təmiz havaya çıxmalı, hərəkət etməli, qaçmalı, futbol oynamalı, üzməlidirlər və s.”, – o deyib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər