Qızıl neçəyə satılır?
18 Sep 2026, 14:59
3 baxış
Admin
Qızıl qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artımı və neft qiymətlərinin ucuzlaşması fonunda həftənin sonunda yüksəlişini qoruyub.
“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,2% artaraq bir unsiya üçün 4 351,96 dollara çatıb. Qızıl əvvəlki gün təxminən 2% bahalaşmışdı.
FES-in 2023-cü ildən bəri ilk faiz artımından sonra ABŞ istiqrazlarının gəlirlilik göstəricilərinin geriləməsi də qızıl üzərindəki təzyiqi azaldıb.
Neft qiymətlərinin ardıcıl üçüncü gün ucuzlaşması isə enerji xərclərinin inflyasiyaya təsiri ilə bağlı narahatlıqları zəiflədib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az