Digər

Süni intellektdən qorxmalıyıqmı?

18 Sep 2026, 15:17 1 baxış Admin
Süni intellektdən qorxmalıyıqmı?

“OpenAI” şirkətinin baş direktoru Sam Altman süni intellektin yaratdığı risklərlə bağlı insanların narahatlığının əsaslı olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, Altman süni intellekt alətlərinin imkanlarının sürətlə inkişaf etdiyini və texnologiyanın hansı mənfi nəticələrə səbəb ola biləcəyini əvvəlcədən görməyin getdikcə asanlaşdığını deyib.
Altman təhlükəsizlik məsələsində süni intellekt şirkətlərinə etibar edilməli olduğunu bildirib. Onun sözlərinə görə, şirkətlər təhlükəsizlik və insan dəyərlərinə uyğunluq məsələlərini modellərin inkişafından daha sürətli şəkildə təmin etməlidirlər.
O qeyd edib ki, şirkətlər bunu bacarmasa, süni intellektin inkişafını yavaşlatmalı və ya tamamilə dayandırmalı olacaqlar.
ABŞ-də süni intellektin tənzimlənməsi ilə bağlı müzakirələr davam edir. “Nvidia” şirkətinin baş direktoru Jensen Huang yeni qanunlara ehtiyac olmadığını və təhlükəsizliyin mühəndislik məsələsi olduğunu bildirib. “Anthropic” rəhbərlərindən Jack Clark isə süni intellektin tamamilə nəzarətsiz buraxılmasının ciddi risklər yarada biləcəyini deyib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər