Digər

“Toyota” tarixinin ən güclü “Land Cruiser” modeli

18 Sep 2026, 14:28 1 baxış Admin
“Toyota” tarixinin ən güclü “Land Cruiser” modeli

“Toyota” Yaponiyada yenilənmiş “Land Cruiser 300” modelini təqdim edib. Yeni hibrid sistem avtomobilə 457 at gücü və 790 Nm fırlanma anı verir.
“Bakupost” xəbər verir ki, hibrid sistem 3,5 litrlik iki turbo V6 mühərrik, elektrik mühərriki və 10 pilləli avtomatik transmissiyadan ibarətdir.
Avtomobil 700 mm dərinliyədək sudan keçə bilir. Hibrid sistemdə nasazlıq yarandıqda isə yalnız daxiliyanma mühərriki ilə hərəkət edə bilir.
Yenilənmiş modeldə 3,5 litrlik benzinli V6 mühərrikdən imtina edilib. Benzinli versiyanı 307 at gücü və 700 Nm fırlanma anı hasil edən 3,3 litrlik V6 dizel mühərrik əvəz edib.
Yeni “Land Cruiser 300”ün Yaponiyada satışına oktyabrın 1-dən başlanacaq. Qiymətlər 6,3 milyon yendən başlayır.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər