İranda təyyarə qəza enişi etdi - VİDEO
15 Sep 2026, 19:30
10 baxış
Admin
Məşhəddən Kirmanşaha uçan təyyarədə qəza baş verib.
News24.az xəbər verir ki, sərnişinləri daşıyan "Boeing 737" təyyarəsi havada dağılmağa başlayıb. Təyyarə havaya qalxdıqdan dərhal sonra eniş şassisində təkərini itirib. Həmin anda kabin şiddətlə titrəməyə başlayıb. Bu da sərnişinlərin təşvişinə səbəb olub.
Hadisə Sepehran Hava Yollarına məxsus təyyarədə baş verib.
Kapitan geri qayıtmaq qərarına gəlib. Təyyarə geri dönüb və Məşhəd Hava Limanına təcili eniş edib. Sərnişinlər xəsarət almayıblar.
Bu, son zamanlar Məşhəddə Sepehran reysi ilə bağlı baş verən ilk hadisə deyil. Avqustun sonlarında başqa bir təyyarə eniş zamanı uçuş-enmə zolağından sürüşmüşdü, lakin xəsarət alan olmamışdı. (Unikal)
Mənbə:
news24.az