Metroda hərəkət dayandı: Yüzlərlə sərnişin qatarlarda qaldı
14 Sep 2026, 08:46
11 baxış
Admin
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya problemin yaxın dəqiqələrdə həll ediləcəyini bildirib, hər hansı təhlükəli vəziyyətin olmadığını qeyd edib.
***
Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb:
“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.
***
Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.
"Bakupost" xəbər verir ki, qatarların hər iki istiqamətdə hərəkəti dayanıb. Qatarlar sərnişinsiz və hərəkətsiz vəziyyətdə saxlanılıb.
Yaranmış fasilə səbəbindən metro stansiyalarında sərnişin sıxlığı müşahidə olunur.
Problemin səbəbi və hərəkətin nə vaxt bərpa ediləcəyi hələlik açıqlanmayıb. Metropoliten əməkdaşları sərnişinlərə bu vəziyyətin 1 saata qədər çəkə biləcəyini bildirirlər. (Modern)
Ulduz stansiyası
Əhmədli stansiyası İçərişəhər stansiyası
Mənbə:
bakupost.az