Neftin qiyməti aşağı düşdü
12 Sep 2026, 10:33
16 baxış
Admin
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dolları təşkil edir.
"Bakupost" xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin oktyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 2,37% azalaraq 100,05 ABŞ dollarına bərabər olub.
Mənbə:
bakupost.az