Giorgi Baramidze saxlanıldı
11 Sep 2026, 20:31
12 baxış
Admin
Gürcüstan Baş Prokurorluğunun əməkdaşları tərəfindən “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri, keçmiş baş nazirin müavini Giorgi Baramidze saxlanılıb.
"Bakupost" xəbər verir ki, bu barədə “İmedi TV”nin məlumatında deyilir.
Bildirilib ki, Baramidze dövlətə xəyanətdə və təxribatda ittiham edilir.
Təfərrüatlar hələlik açıqlanmayıb.
Mənbə:
bakupost.az