Bərdədə ürəyi dayanan kişi belə xilas edildi - VİDEO
11 Sep 2026, 16:41
15 baxış
Admin
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanan şəxsin həyatı xilas edilib.
Bu barədə “Bakupost”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1963-cü il təvəllüdlü kişi kəskin stenokardiya səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Məlumata görə, pasiyentin xəstəxanada ürək fəaliyyəti dayanıb. Təxminən 25 dəqiqə ərzində aparılan ürək-ağciyər reanimasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələr nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Mənbə:
bakupost.az