“Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək”
11 Sep 2026, 15:03
11 baxış
Admin
“Ucqar kənd məktəblərində müəllim çatışmazlığının həlli üçün tətbiq olunan hibrid təhsil modelinin əhatə dairəsi genişləndirilir”.
News24.az AzEdu-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov sentyabr konfransında açıqlayıb.
“Ötən tədris ilində 8 məktəbdə tətbiq olunan model yeni tədris ilində 48 məktəbi əhatə edəcək. Bu modeldə müəllim təminatı mümkün olmayan məktəblərə yüksək nəticə göstərən müəllimlər distant formada cəlb olunur və onlayn dərs keçir”, - E.Bağırov qeyd edib.
Mənbə:
news24.az