Cəmiyyət

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

11 Sep 2026, 14:19 16 baxış Admin
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Gömrük sistemində tətbiq edilən yeniliklər, həyata keçirilən layihələrlə bağlı xarici ticarət iştirakçılarının məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib. O, ticarətin asanlaşdırılması, gömrük əməliyyatlarının daha da sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, xidmət səviyyəsinin, şəffaflığın yüksəldilməsi istiqamətində atılan addımlar və hədəflərdən bəhs edib.
Daha sonra gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrlə bağlı təqdimat nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar ətraflı cavablandırılıb.


Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər