30 il sonra əsir saxlanıldığı Şuşa həbsxanasına getdi
11 Sep 2026, 14:27
17 baxış
Admin
Keçmiş əsir Namiq Qarayev vaxtilə əsirlikdə saxlanıldığı və ağır işgəncələrə məruz qaldığı ərazilərə gedib.
"Bakupost" UnikaI.az-a istinadla xəbər verir ki, Namiq Qarayev 30 il sonra Şuşa həbsxanasına gedərək saxlanıldığı kameranı yenidən görüb.
Xatırladaq ki, o, 1993-cü ilin sentyabr ayında Azərbaycanın suveren ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlər zamanı əsir götürülüb. N.Qarayev və digər əsirlər ferma tikməyə məcbur edilib. Fiziki işgəncələrə, ləyaqətlərini alçaldan rəftara məruz qalıblar. Xankəndi Şəhər Xəstəxanasında bir aya yaxın müalicə edildikdən sonra 1995-ci il avqustun 23-də Azərbaycan tərəfinə təhvil verilib.
Mənbə:
bakupost.az