Sabah Bakının iki rayonunda qaz olmayacaq
09 Sep 2026, 21:30
16 baxış
Admin
Sentyabrın 10-da Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə.Quliyev, İ.Səfərli, T.Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə:
bakupost.az