Digər

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO/VİDEO

09 Sep 2026, 15:59 18 baxış Admin
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO/VİDEO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

News24.az xəbər verir ki, aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər