Maraqlı

İnternet olmasa da təhlükədəsiniz: Hakerlər telefonlardan məlumat oğurlayır

08 Sep 2026, 22:48 19 baxış Admin
İnternet olmasa da təhlükədəsiniz: Hakerlər telefonlardan məlumat oğurlayır

Hakerlər internetə çıxışı olmayan smartfonlardan da məlumat oğurlaya bilirlər.

News24.az xəbər verir ki, bu barədə “Solar 4RAYS” kibertəhdid tədqiqat mərkəzinin zərərli proqramların təhlili qrupunun rəhbəri Stanislav Pıjov məlumat verib.

Onun sözlərinə görə, smartfon internetə qoşulmasa belə, kamera, mikrofon və digər sensorlar vasitəsilə məlumat toplamağa davam edə bilər. Toplanan məlumatlar cihazın yaddaşında saxlanılır və daha sonra digər cihazlara ötürülür.

Pıjov bildirib ki, bu texnologiyanın işləmə prinsipi “Cihazımı tap” və “Məni tap” kimi qanuni xidmətlərdə də istifadə olunur. Bu sistemlər yaxınlıqdakı cihazların bluetooth vasitəsilə məlumat ötürməsinə imkan verir və hətta söndürülmüş telefonların yerinin müəyyənləşdirilməsində istifadə edilə bilər.

Ekspert istifadəçilərə tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi və onların tələb etdiyi icazələri diqqətlə yoxlamağı tövsiyə edib. Xüsusilə SMS, bildirişlər və əlçatanlıq funksiyalarına giriş tələb edən tətbiqlərə qarşı diqqətli olmaq lazımdır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər