Dünya

Malayziyada helikopter qəzaya uğradı, ölənlər var

08 Sep 2026, 20:24 18 baxış Admin
Malayziyada helikopter qəzaya uğradı, ölənlər var

Malayziyanın Borneo adasına aid olan ərazisində "BO-105" modelinə məxsus tibbi aviasiya helikopteri qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Malayziyanın Mülki Aviasiya İdarəsi (CAAM) hadisə zamanı hava gəmisinin göyərtəsində olan beş nəfərin, o cümlədən pilotun həlak olduğunu təsdiqləyib.

Məlumata görə, faciə sentyabrın 8-də Saravak ştatının ucqar Lonq-Lelanq yaşayış məntəqəsi yaxınlığındakı uçuş-enmə zolağının ətrafında qeydə alınıb.

Helikopter çətin gedilən bölgələrin sakinlərinə təcili yardım göstərən xidmət çərçivəsində növbəti planlaşdırılmış tibbi reysi həyata keçirirmiş.

Qəzanın dəqiq səbəbləri və təfərrüatı araşdırılır. (Unikal)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər