Digər

60 yaşdan sonra sağlamlığınızı yoxlamağın sadə yolu

08 Sep 2026, 18:55 20 baxış Admin
60 yaşdan sonra sağlamlığınızı yoxlamağın sadə yolu

Gəzinti sağlamlıq üçün ən əlçatan fiziki fəaliyyət növlərindən biri hesab olunur. Mütəxəssislərin fikrincə, 60 yaşdan sonra bir dəqiqə ərzində 100-120 addım atmaq yaxşı fiziki forma göstəricisidir. 130-dan çox addım isə yüksək, 90-dan az addım isə yerimə funksiyasının zəifləməsinə işarə edə bilər.

News24.az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, bir dəqiqəlik yerimə testi yalnız fiziki hazırlığı deyil, həm də tarazlığı, sinir-əzələ koordinasiyasını, ürək-damar dözümlülüyünü, ayaq gücünü və oynaqların hərəkətliliyini qiymətləndirməyə imkan verir.

Mütəxəssislər testi evdə keçirmək üçün əvvəlcə 5 dəqiqə yüngül isinməyi, daha sonra 60 saniyə ərzində rahat, lakin bir qədər sürətli tempdə yeriməyi tövsiyə edir. Nəticənin daha etibarlı olması üçün testin həftə ərzində 2-3 dəfə təkrarlanması məsləhətdir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər