Evlilik qocalmanı yavaşlada bilər – Alimlərdən maraqlı nəticə
Evlənməmiş kişilərin ailəlilərlə müqayisədə daha sürətlə qocaldığı müəyyənləşib.
News24.az xəbər verir ki, ABŞ-də Çapman Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri 762 nəfərin məlumatlarını araşdıraraq bu nəticəyə gəliblər. Tədqiqatın nəticələri “Frontiers in Aging” jurnalında dərc olunub.
Araşdırmada iştirakçıların epigenetik qocalması DNT-dəki kimyəvi dəyişikliklər əsasında qiymətləndirilib. Nəticələr göstərib ki, heç vaxt evlənməmiş kişilərdə “GrimAge” və “DunedinPACE” göstəriciləri üzrə sürətlənmiş qocalma əlamətləri daha çox müşahidə olunur.
Qadınlarda isə evlilik vəziyyəti ilə epigenetik qocalma arasında oxşar əlaqə müəyyən edilməyib. Eyni zamanda, evli kişilərdə boşanmış və ya ayrılmış kişilərlə müqayisədə də qocalma sürətinin daha aşağı olduğu müşahidə edilib.