Maraqlı

Odunları kefirlə yağlayın: Ağıllı bağbanlar belə edir

07 Sep 2026, 22:05 18 baxış Admin
Odunları kefirlə yağlayın: Ağıllı bağbanlar belə edir

Payız aylarında havaların soyuması, sərin və rütubətli hava şəraiti bəzi zərərvericilərin fəallığını artırır. Xüsusilə ilbizlər bağ və bostanlarda bitkilərlə qidalanaraq nəm və qaranlıq yerlərdə gizlənə bilərlər.

News24.az xəbər verir ki, onların sayını azaltmaq üçün ev şəraitində hazırlana bilən sadə tələdən istifadə etmək mümkündür. Bunun üçün kiçik taxta parçası, şifer, düz kərpic və ya buna bənzər material götürülür.

Materialın bir tərəfinə nazik qat kefir və ya turş süd çəkilir və yem olan hissə aşağı baxacaq şəkildə bitkilərin yaxınlığına yerləşdirilir. Tələni axşam saatlarında qurmaq məsləhətdir. Çünki ilbizlər əsasən gecə saatlarında daha aktiv olur və günəş işığından, eləcə də quru havadan qorunmaq üçün belə sığınacaqların altında toplaşırlar.

Səhər tezdən tələni ehtiyatla qaldıraraq altında toplanan ilbizləri əlcək və ya kiçik kürək vasitəsilə yığmaq olar. Daha sonra taxta və ya şifer yuyularaq yenidən istifadə edilə bilər.

Belə tələlərin xüsusilə ilbizlərin izlərinin, zədələnmiş yarpaqların və zərərvericilərin özlərinin müşahidə edildiyi ərazilərdə yerləşdirilməsi daha effektiv nəticə verə bilər.

Mütəxəssislər qeyd edir ki, belə üsul ilbizlərin müəyyən hissəsini toplamağa kömək etsə də, problemi tamamilə aradan qaldırmır. İlbizlərin yumurtaları torpaqda qala və sonradan yeni zərərvericilərin yaranmasına səbəb ola bilər

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər