Türkiyədə ağır qəza: ölən və yaralananlar var – FOTO
07 Sep 2026, 21:08
18 baxış
Admin
Türkiyənin Düzcə vilayətində yük maşını kənd təsərrüfatı işçilərini aparan nəqliyyat vasitəsi ilə toqquşub.
News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarm əməkdaşı cəlb olunub.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Report)
Mənbə:
news24.az