Dünya

Mayami Hava Limanında Yük Təyyarəsi Qəzaya Uğradı: 5 Ölü, 5 Yaralı

07 Sep 2026, 11:17 22 baxış Admin
Mayami Hava Limanında Yük Təyyarəsi Qəzaya Uğradı: 5 Ölü, 5 Yaralı

ABŞ-nin Florida ştatında yerləşən Mayami Beynəlxalq Hava Limanında “Amazon Prime Air”-ə məxsus yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, “Boeing 767-300” tipli yük təyyarəsi Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.

Təyyarə eniş zamanı uçuş-enmə zolağını keçərək hava limanının ərazisindəki bir neçə avtomobilə çırpılıb. Bundan sonra təyyarədə yanğın başlayıb.

Hadisə yerinə 60-dan çox yanğınsöndürmə və xilasetmə briqadası, ümumilikdə 200-dən çox əməkdaş cəlb olunub.

Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər