"Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır"
07 Sep 2026, 10:13
18 baxış
Admin
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin yeganə həqiqi səbəbidir. Sülhə nail olmaq üçün onun verdiyi qərarı aradan qaldırmaq lazımdır.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Endryus Kubilyusun bəyanatında deyilir.
Kubilyusun sözlərinə görə, təcavüzün əsas mənbəyi Putinin hərəkətlərindən qaynaqlanır:
"Müharibənin əsl kök səbəbləri Putinin özüdür, onun 2014-cü ildə Krımı işğal etmək və 2022-ci ildə genişmiqyaslı işğala başlamaq qərarıdır. Müharibənin əsl kök səbəbləri aradan qaldırılmalıdır!".
Mənbə:
bakupost.az