Dünya

Günəşdə güclü partlayış qeydə alındı

06 Sep 2026, 00:50 27 baxış Admin
Günəşdə güclü partlayış qeydə alındı

Günəşdə M1.0 sinfinə aid partlayış qeydə alınıb.

News24.az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, partlayış sentyabrın 5-də Bakı vaxtı ilə 18:18-də Günəşin 4520 nömrəli ləkələr qrupunda baş verib və təxminən 30 dəqiqə davam edib.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinfi güclü partlayışlar hesab olunur.

Belə partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər