İranda neft tanker partladı, on nəfər öldü
05 Sep 2026, 20:53
27 baxış
Admin
İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.
News24.az IRIB-yə istinadən xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.
Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc - Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.
Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir. (Report)
Mənbə:
news24.az