Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı, pilot öldü – YENİLƏNDİ
05 Sep 2026, 21:10
20 baxış
Admin
Afinada keçirilən aviaşou zamanı qəzaya uğrayan F-4 Phantom qırıcısının iki pilotu həlak olub.
News24.az xəbər verir ki, bu barədə "Afina-Makedoniya" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, pilotların cəsədləri qəza yerində aşkarlanıb.
***18:21
Yunanıstanda həri təyyarə qəzaya uğrayıb.
News24.az xəbər verir ki, qəza Afina yaxınlığında baş verib.
Yunanıstana məxsus iki nəfərlik F-4 Phantom qırıcı təyyarəsi Tanagra hava limanında keçirilən hava şousu zamanı qəzaya uğrayıb.
Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmisi bildirib ki, hazırda qəza ilə bağlı axtarış və xilasetmə əməliyyatı həyata keçirilir.
Mənbə:
news24.az