Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğulub öldü - VİDEO
04 Sep 2026, 21:22
19 baxış
Admin
Hindistanda baş tutan canlı sirkdə havada səhnəcik göstərən akrobat faciəvi şəkildə ölüb.
News24.az xəbər verir ki, fırlandığı kəndir ehtiyatsızlıqdan boynuna dolanan qadın akrobat elə havadaca çarəsiz qalaraq boğulub.
Tamaşaçılar onun çırpıntısını tamaşa zənn etsə də, digər əməkdaşlar onun hərəkətsiz qaldığını görüb, köməyə qaçdılar.
Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. (Bakupost)
Mənbə:
news24.az