Dünya

70 nəfərə vaxt verildi: Almaniyanı tərk etməlidirlər

04 Sep 2026, 19:40 20 baxış Admin
70 nəfərə vaxt verildi: Almaniyanı tərk etməlidirlər

Rusiya Baş Konsulluğunun bağlanması ilə bağlı Almaniya hakimiyyətinin qərarına görə, diplomatik nümayəndəliyin təxminən 70 əməkdaşı və onların ailə üzvləri Almaniyanı tərk etməlidir.

News24.az xəbər verir ki, bunu Rusiyanın Bonndakı baş konsulu Oleq Krasnitski deyib.

“Bizim Baş Konsulluqda yalnız Rusiyadan göndərilmiş əməkdaşlar və onların ailə üzvləri çalışır. Ailə üzvlərini yerli işçi kimi də işə götürə bilərik. Burada xarici vətəndaşlar çalışmır. Hazırda təxminən 70 əməkdaşa ölkəni tərk etmək göstərişi verilib”, – deyə Krasnitski rusiyalı jurnalistlərə bildirib.(TASS)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər