Dünya

Təyyarənin tualetlərində nasazlıq yarandı, təcili eniş etdi

04 Sep 2026, 14:43 81 baxış Admin
Təyyarənin tualetlərində nasazlıq yarandı, təcili eniş etdi

Rusiya aviaşirkətlərindən birinə məxsus təyyarə tualetlərdə yaranan nasazlığa görə təcili eniş edib.

News24.az xəbər verir ki, təyyarə 155 sərnişinlə Nijni Novqorod aereportundan Antalyaya uçmaq üçün havaya qalxıb.

Ekipaj üzvləri yaranmış vəziyyət barədə pilotu məlumatlandırıblar. Hava gəmisinin kapitanı təyyarəni Mineralnıye Vodı hava limanına endirib.

Enişdən sonra təyyarə reysdən çıxarılıb və Antalyaya gedən sərnişinlər üçün başqa təyyarə ayrılıb.

Sərnişinlər 8 saatlıq gecikmədən sonra Antalyaya çatıblar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər