Cəmiyyət

Bu həkimlərin maaşları artacaq

02 Sep 2026, 11:20 19 baxış Admin
Bu həkimlərin maaşları artacaq

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.

News24.az xəbər verir ki, bu barədə ƏBİB-in icraçı direktoru Anar Bayramov məlumat verib.

Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək.

Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir. /Operativ media/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər