Digər

Rusiyada şagird müəllimə bıçaqla hücum etdi: 7 yaralı –

01 Sep 2026, 14:40 36 baxış Admin
Rusiyada şagird müəllimə bıçaqla hücum etdi: 7 yaralı –

Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində 7-ci sinif şagirdi məktəbdə müəllimə bıçaqla hücum edib.
“Bakupost” Rusiya KİV-ə istinadla xəbər verir ki, məktəbli əvvəlcə müəllimənin üzərinə bibər qazı püskürdüb, daha sonra isə onu bıçaqlamağa çalışıb.
Məlumata görə, o hadisədən əvvəl təxminən iki saat məktəbdə olub və dərsdən əvvəl tualetə gedərək qapını içəridən bağlayıb. Təxminən 10 dəqiqə sonra oradan əlində bıçaqla çıxaraq müəllimlərə hücum edib.
Qeyd edilib ki, hadisə zamanı köməyə gələn valideynlərdən biri qızı sinifdən çıxarıb.
Şahidlərin sözlərinə görə, məktəbli tərkibində alışdırıcı maddə olan şüşəni də atmağa cəhd göstərib. Onlar qızın göz bəbəklərinin genişləndiyini, əsəbi və qəribə davrandığını bildiriblər.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 5-i məktəblidir.
Əraziyə xüsusi xidmət əməkdaşları cəlb olunub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər