Vikinqlər dövrünə aid ən böyük gümüş
01 Sep 2026, 07:00
173 baxış
Admin
Danimarkada bu günə qədər vikinqlər dövrünə aid ən böyük gümüş xəzinə - ümumi çəkisi təxminən 18,5 kiloqram olan 700-dən çox əşya və onların fraqmentləri aşkar edilib.
Mütəxəssislərin sözlərinə görə, tapıntı daha əvvəl Danimarkada aşkar edilmiş vikinqlər dövrünə aid ən böyük gümüş xəzinədən təxminən üç dəfə ağırdır.
Yeni xəzinədə gümüş külçələr, zərgərlik məmulatları, sikkələr, kiçik Tor çəkici və digər əşyalar var.
Daha əvvəl Danimarkada tapılmış vikinqlər dövrünə aid ən böyük gümüş xəzinə 1911-ci ildə aşkar edilmişdi və təxminən 6,5 kq ağırlığında idi.
Mənbə:
bakupost.az