Dünya

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

29 Aug 2026, 23:08 28 baxış Admin
Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.

News24.az xəbər verir ki, aktyorun Paşaköy kəndindəki evində sinə ağrısından şikayətləndiyi və  Təcili Yardım Mərkəzinə zəng etdiyi bildirilib.

Hadisə yerinə gələn tibbi briqada komediyaçını təcili yardımla Ayvacıq Dövlət Xəstəxanasına aparıb.

Daha sonra Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, o, burada angioqrafiyadan (anju) keçib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər