Əməkdar artistin şəkli dərsliyə salındı
29 Aug 2026, 20:47
23 baxış
Admin
Əməkdar artist Arzu Əliyevanın fotosu Azərbaycanda nəşr olunan dərsliklərdən birində yer alıb.
"Bakupost" Milli.az-a istinadən xəbər verir ki, muğam ifaçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, dərslikdə “Leyli və Məcnun” tamaşasından olan görüntüsünün yer aldığını bildirib.
Arzu Əliyeva dərslikdən həmin səhifənin fotosunu yayımlayaraq bunun onun üçün qürurverici olduğunu vurğulayıb.
“Dərsliklərdə “Leyli və Məcnun” tamaşasındakı rolumla əks olunmaq qürurvericidir” deyə, sənətçi qeyd edib.ki
Mənbə:
bakupost.az