Cəmiyyət

Xocalıda çadır toyu

29 Aug 2026, 19:25 26 baxış Admin
Xocalıda çadır toyu

Xocalı rayonunda toy mərasimi keçirilib.
"Bakupost" xəbər verir ki, bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial şəbəkədə paylaşım edib.
O, Xocalıda keçirilən toy mərasimindən görüntülər paylaşaraq Əmrah və Arzu adlı gənclərə xoşbəxtlik arzulayıb:
“Bu günlərə şükürlər olsun. Bundan sonra Qarabağımızdan yalnız toy sədası gəlsin. Əmrahla Arzuya da bu gözəl torpaqda xoşbəxt günlər arzulayıram”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər