Digər

Hammakdan FES-ə çağırış

28 Aug 2026, 17:47 22 baxış Admin
Hammakdan FES-ə çağırış

ABŞ Federal Ehtiyat Sisteminin (FES) Klivlend üzrə rəhbəri Bet Hammak inflyasiyanın nəzarətə alınması üçün daha sərt pul siyasətinə keçməyin vaxtının çatdığını bildirib.
“Bakupost” xəbər verir ki, Hammak inflyasiyanın FES-in 2 faizlik hədəfindən uzun müddət yüksək qalmasının onun yenidən aşağı salınmasını çətinləşdirdiyini deyib.
Hammak ötən ay keçirilən iclasda faizlərin 0,25 faiz bəndi artırılmasını dəstəkləyən üç rəsmidən biri olub.
ABŞ-də FES-in əsas inflyasiya göstəricisi iyulda illik 3,7 faiz artaraq 2 faizlik hədəfdən yüksək olaraq qalıb.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər