Cəmiyyət

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

28 Aug 2026, 17:33 36 baxış Admin
Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

News24.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Paşayev Hüseyn Ələsgər oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevdir. (Unikal)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər