Bakıda kamera quraşdıran kişi faciəvi şəkildə öldü
28 Aug 2026, 14:13
37 baxış
Admin
Bakıda kişini elektrik cərəyanı vurub.
"Bakupost" xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
36 yaşlı Əlabbas Səməndər oğlu Niftalıyevi qəsəbə ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilən Niftalıyevi xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.
Mənbə:
bakupost.az