Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır
28 Aug 2026, 13:25
23 baxış
Admin
Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə News24.az Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
"Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək", - məlumatda vurğulanıb.
Mənbə:
news24.az