Aktrisa 10 milyonluq qızıl libasla podiuma çıxdı
26 Aug 2026, 23:56
1 baxış
Admin
“Öyle bir geçer zaman ki” serialında canlandırdığı Karolin obrazı ilə tanınan aktrisa və model Vilma Elles bu dəfə bahalı libası ilə gündəmə gəlib.
"Bakupost" Türkiyə mediasına istinadən xəbər verir ki, Vilma Elles qatıldığı xüsusi nümayişdə əsas model kimi podiuma çıxıb.
Onun geyindiyi xüsusi dizayn gecənin ən çox diqqət çəkən libaslarından biri olub. Hazırlanmasında təxminən 1,5 kiloqram qızıldan istifadə edilən geyimin ərsəyə gəlməsinin aylarla davam etdiyi bildirilib. Libasın dəyərinin 10 milyon 500 min Türkiyə lirəsi (371 min Azərbaycan manatı) olduğu açıqlanıb.
Bahalı geyimlə podiuma çıxan Elles modellik karyerasını davam etdirəcəyini bildirib.
“Artıq yaş deyilən bir şey yoxdur. Özümü çox yaxşı hiss edirəm”, – deyə o qeyd edib.
Moda nümayişində ümumilikdə 15 dizayn təqdim olunub. Geyimlərdə əl işi, toxuma, əl boyaması və kristal muncuq işləmələri kimi ənənəvi elementlərdən istifadə edilib. Ənənəvi əl işləri ilə müasir dizaynın birləşdirildiyi geyimlər maraqla qarşılanıb.
Mənbə:
bakupost.az