Buzlaqdan şəhər böyüklüyündə aysberq qopdu
Qrenlandiyanın şimal-qərbində yerləşən Petermann buzlağından sahəsi 76 kvadrat kilometr olan nəhəng üzən buz massivi qopub.
News24.az xəbər verir ki, bu, təxminən Manhettenin ərazisinə bərabərdir.
Buzlaqdakı bu qopma 2012-ci ildən bəri ən böyük parçalanma hesab olunur.
Hadisə Avropa Kosmik Agentliyinin “Copernicus Sentinel-1” peyki tərəfindən qeydə alınıb. Buz massivi 4 avqustda buzlaqdan ayrılıb.
Alimlərin məlumatına görə, onun qalınlığı bəzi hissələrdə 150 metrə çata bilər.
Alimlər xəbərdarlıq ediblər ki, bu, sonuncu böyük aysberq olmaya bilər.
Buz dilindən sahəsi təxminən 97 və 87 kvadrat kilometr olan daha iki böyük parçanın qopması mümkündür.
Bu baş verərsə, ayrılan buzun ümumi sahəsi indiki göstəricidən xeyli böyük olacaq.
Qeyd edək ki, Petermann buzlağı Qrenlandiyanın mühüm buzlaqlarından biri hesab olunur.