Dünya

Cakuzidə valideynlərinin meyitini aşkarladılar

26 Aug 2026, 21:49 2 baxış Admin
Cakuzidə valideynlərinin meyitini aşkarladılar

İspaniyada 14 və 16 yaşlı iki uşaq kirayə götürülmüş villadakı cakuzidə valideynlərinin meyitlərini aşkarlayıblar.

News24.az xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb.

Hadisə avqustun 25-də Kulyera şəhərinin Kap Blan yaşayış məntəqəsində baş verib.

Uşaqlar 50 yaşlı kişi və 45 yaşlı qadının meyitlərini aşkar edərək ev sahibinə xəbər veriblər.

Polis mümkün qətl ehtimalını araşdırır.

Bununla yanaşı, ər-arvadın bədbəxt hadisə nəticəsində ölməsi də istisna edilmir.

Bildirilib ki, uşaqlar hazırda sosial işçilərin nəzarətindədir və onlarla psixoloq işləyir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər