Cəmiyyət

Laçın Şəhəri Günü qeyd edildi -

26 Aug 2026, 20:25 3 baxış Admin
Laçın Şəhəri Günü qeyd edildi -

Laçın şəhərində Şəhər Günü münasibətilə konsert proqramı keçirilib.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Həkəri çayının sol sahilində təşkil olunan konsertdə şəhər sakinləri və tədbir iştirakçıları bir araya gəlib.
Laçın Şəhəri Gününə həsr olunan konsert proqramı F. Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında rəqs nömrəsi ilə başlayıb.
Proqram çərçivəsində müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub. Səhnədə nümayiş etdirilən çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və Laçın şəhərində bayram ab-havası yaşanıb. Konsert proqramında Azərbaycan xalqının zəngin musiqi və rəqs irsini əks etdirən nümunələrə də yer verilib. Tədbirin sonunda isə Azərbaycan xalqının qədim rəqs nümunələrindən olan “Yallı” ifa olunub. Konsertin “Yallı” ilə yekunlaşması iştirakçıların da rəqsə qoşulması ilə xüsusi coşqu ilə yadda qalıb.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər