İran Trampın oğlunun öldürülməsi üçün 10 milyon mükafat verir
24 Aug 2026, 16:34
3 baxış
Admin
İranın dövlət televiziyasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampın öldürülməsinə çağırış xarakterli video yayımlanıb.
News24.az xəbər verir ki, “Barron Trampı harada öldürmək olar?” adlı videoda ABŞ prezidentinin oğlunun Vaşinqtondakı yaşayış yeri, gündəlik hərəkət marşrutları və mühafizə sistemi ilə bağlı məlumatların əldə edildiyi açıqlanıb.
Videoda Barron Trampın gündəlik istifadə etdiyi nəqliyyat vasitələri və sosial əlaqələri barədə də müxtəlif iddialar səsləndirilib.
Habelə, telekanal Barron Trampın öldürülməsi müqabilində 10 milyon dollar mükafat veriləcəyini bildirib.
Mənbə:
news24.az