Digər

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

24 Aug 2026, 17:01 3 baxış Admin
Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, birinci xanım Ziroatxon Mirziyayeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.
"Bakupost" xəbər verir ki, bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir.
Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.
Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.
Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər