10 saniyəyə 1 milyonluq oğurluq
26 Aug 2026, 09:37
2 baxış
Admin
Tokionun Nakano rayonunda ikinci əl lüks saatların satıldığı mağazadan ümumi dəyəri 200 milyon yen (təxminən 1,25 milyon dollar) olan dörd lüks saat oğurlanıb.
News24.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, oğurluqda iki nəfər iştirak edib.
Hadisə gündüz saatlarında baş verib və cəmi 10 saniyə çəkib.
Hadisə zamanı mağazada beş əməkdaş olub, onlardan heç biri xəsarət almayıb.
Satıcılar cinayətkarların arxasınca düşməyə çalışsalar da, onlar, elektrikli skuterindən istifadə edərək qaça biliblər.
Polis hadisəni törədən şəxslərin axtarışını davam etdirir.
Mənbə:
news24.az