Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - FOTO
25 Aug 2026, 18:10
4 baxış
Admin
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Fidan Mahmudova yeni vəzifəyə təyin olunub.
"Bakupost" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, müvafiq əmrlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində fəaliyyətə başlayıb.
F.Mahmudova fəaliyyətini artıq İƏT-in Əmək Mərkəzində Çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq departamentinin direktoru vəzifəsində davam etdirir.
Qeyd edək ki, İƏT-in Əmək Mərkəzi Bakıda yerləşir. Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzi 2023-cü ildə yaradılıb.
Xatırladaq ki, F.Mahmudova 2024-2026-cı illərdə TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. O, iyun ayında TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə vəzifədən azad olunub.
Mənbə:
bakupost.az