Cəmiyyət

Azərbaycanda təbii artım aşağı düşdü -

25 Aug 2026, 18:31 2 baxış Admin
Azərbaycanda təbii artım aşağı düşdü -

Azərbaycanda ötən il əhalinin hər min nəfərinə düşən təbii artım, doğum və ölüm əmsalları açıqlanıb.


"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə əhalinin hər min nəfərinə düşən təbii artım əmsalı geriləyərək 3,6-ya enib.
Həmçinin uşaq doğumunun intensivliyini göstərən doğum əmsalı da azalıb və 9,4 təşkil edib. Ölüm əmsalında isə sabitlik qeydə alınıb. Belə ki, bu göstərici 2024-cü illə eyni - yəni 5,8 olub. Müqayisə üçün bildirək ki, 2023-cü ildə müvafiq rəqəm 5,9 həddində idi.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər