Cəmiyyət

“Gənclik”də avtobusların dayanacağı müvəqqəti dəyişdirildi

25 Aug 2026, 16:46 1 baxış Admin
“Gənclik”də avtobusların dayanacağı müvəqqəti dəyişdirildi

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall"un qarşısındakı dayanacaqdan təşkil edilib.

Qeyd edək ki, oyun müddətinin uzadılmasından asılı olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər